Əzizbəyov metrosunda bomba həyəcanı

img

06-04-2011 [05:19]


Aprelin 5-də saat 18.49 radələrində özünü Buzovna qəsəbə sakini Orxan Əhmədoğlu kimi təqdim edən şəxs Sabunçu qəsəbəsi ərazisindəki taksofondan DİN-in ?102? Zəng Mərkəzinə zəng edərək Ruslan adlı şəxsin qara qutuda olan bombanı Əzizbəyov metrosunda eskolatordan düşən kimi mağazaya qoyması barədə məlumat verib. Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin məlumat təsdiqini tapmayıb. Aparılmış araşdırma zamanı yalan məlumatın Sabunçu qəsəbə sakini, 11 yaşlı X.R. tərəfindən verilməsi müəyyən edilib. X.R. anası ilə birgə 12-ci PB-yə dəvət olunmuş, izahatları alındıqdan sonra buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA