Əsgər xidmət yoldazını güllələyib

img

05-04-2011 [11:36]


Dünən Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonundakı ?N? saylı hərbi hissəsində silahlı insent qeydə alınıb. Hadisə Yevlax rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Ramil Boris oğlu Əliyevin xidməti silahı ilə ehtiyatsız davranaraq əsgər yoldaşı Asif Samir oğlu Əliyevə atəş açması nəticəsində baş verib. Salyan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 1991-ci il təvəllüdlü A. Əliyev başından aldığı güllə yarasından dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib və baş vermiş hadisə ilə bağlı cinayət işinin başlandığını, araşdırma aparıldığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA