Milli Kitab Mükafatının ən yaxzı 20 əsəri və müəlliflər seçildi

img

17-03-2011 [02:34]


Milli Kitab Mükafatına təqdim olunan 112 əsərdən ən yaxşı 20 əsərin və müəlliflərin adları açıqlandı. Bu barədə ?Əli və Nino? kitab evinin rəhbəri Nigar Köçərli məlumat verib. Onun sözlərinə görə, tədbirdə Milli Kitab Mükafatının təşkilat komitəsi, ekspertləri, münsifləri, media mənsubları, ictimai təşkilatların nümayəndələri, yazıçılar iştirak edib. Milli Kitab Mükafatına laqyiq görülən 20 ən yaxşı əsərlər və müəlliflər: Azər Abdulla ? ?Sarı tağ? Azər İsaak ? ?Marsa qayıdış? Aslan Quliyev ? ?Sonuncu? Azad Qaradərəli - "Qar ağlığı" Cavid Zeynallı - "Günəşi gözləyənlər" Etimad Başkeçid - "Kenterberri" Elşad Əliyev - "Məhşər Ayağında" Kəramət Böyükçöl - "Çöl" Mirmehdi Ağaoğlu - "Küləyi dişləyən" Məqsəd Nur - "Şəhər meri" Natiq Rəsulzadə - "Xonxarı" Natella Osmanlı - "Mən axmağam" Nərgiz Bağırzadə - "Birisigün" Nəriman Əbdulrəhmanlı - "Yolsuz" Paşa Qəlbinur - "Qara su" Pərviz - "Yad dildə" Samir Sarı - "İks günü" Sahilə İbrahimova - "Varlı kişinin portmanatı" Svetlana Quliyeva - "Dalğa" Zərdüşt Şəfizadə - "Başqa adamlar" N.Köçərlinin sözlərinə görə, martın 29-da ekspertlər şurası qısa siyahını (10-luğu) elan edəcəklər. Münsiflər heyətinə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, ?Zerkalo? qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, ?525-ci? qəzetinin baş redaktoru Rəşad Məcid, ?Xəzər? Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, "Qanun" nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxildilər. Birinci yerin qalibi 3 min, ikinci yerin sahibi 2 min, üçüncü yerin qalibi isə 1000 manat pul mükafatı ilə təltif olunacaq. Amerika səfirliyi tərəfindən isə Amerika yazıçısının əsərinin ingilis dilindən Azərbaycan dilinə çevirilən ən yaxşı tərcüməsinə ayrıca 1000 manat məbləğində mükafat veriləcək. Qaliblərin adları mayın 31-də açıqlanacaq(modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi