Polisin gücləndirilmiz rejimə keçməsi üçün əmr verildi

img

16-03-2011 [04:34]


Polis Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda keçiriləcək Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai yerlərdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 19-dan 28-dək gücləndirilmiş iş rejiminə çalışacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA