Arvadı tərəfindən tərk edilən 2 uzaq atası özünü asdı

img

07-03-2011 [03:03]


Azərbaycanın Astara rayonunda intihar hadisəsi baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Nəsimi kəndində qeydə alınıb. Vahid adlı şəxs yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun meyiti səhər saat 09.00 radələrində qonşuları tərəfindən aşkarlanıb. Məlumata görə, ruhi xəstə olan Vahidi 3-4 il bundan əvvəl həyat yoldaşı tərk edərək, iki uşağı ilə birlikdə atası evinə gedib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə polis və Prokurorluq əməkdaşları gedərək ilkin yoxlamalara başlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA