Bakıda 15 yazlı qız bir neçə nəfər tərəfindən zorlanıb

img

23-02-2011 [12:34]


Bakıda dəhşətli zorlanma faktı aşkarlanıb. Bakının Xətai rayon Prokurorluğundan verilən məlumata görə, Nəsimi rayon sakini, 1995-ci il təvəllüdlü S.R. fevralın 8-dən 19-dək müxtəlif vaxtlarda bir neçə şəxs tərəfindən cinsi istismara məruz qalıb(Lent.az). Bu barədə hüquq-mühafizə orqanlarına həmin qızın qardaşı xəbər verib. Belə ki, həmin vaxt ərzində, yəni fevralın 8-dən 19-dək qızın harada olmasını araşdıran qardaş onun həmin müddətdə bir neçə dəfə müxtəlif şəxslər tərəfindən zorla cinsi əlaqəyə məcbur edildiyini öyrənib. Qızın həmin şəxsləri tanıyıb-tanımadığı dəqiq bilinmir. Dəhşətli fakt qarşısında qalan qardaş bu barədə polisə məlumat verib. Məlumatı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən də təsdiqləyiblər. Faktla bağlı araşdırma başlanılıb, zəruri ekspertizalar təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA