Milli Məclisin vitse-spikeri Sarkisyan və onun həyat yoldazına müraciət edib

img

15-03-2011 [04:15]


9 yaşlı azərbaycanlı uşağın erməni snyaperi ilə öldürülməsi Ermənistanın aqressiv siyasətinin nümayişidir. Bunu Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova bu gün Milli Məclisin iclasında çıxışı zamanı bəyan edib. ?Mən bu kürsüdən Ermənistan prezidenti və onun həyat yoldaşına səslənirəm- xalqınızı, millətinizi, gənclərinizi uşaqları öldürməkdən uzaq tututun?,- deyə Bahar Muradova bildirib. Vitse-spiker çıxışı zamanı azyaşlı azərbaycanlı uşağın ermənilər tərəfindən qətlə yetirilməsini Moskvada prezidentlərin Soçi görüşünün keçirildiyi vaxtdan dərhal sonra baş verdiyinə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və Ermənistan dövlət başçıları etimad mühtinin yaradılması və bütün məsələlərin sülh danışıqları yolu ilə aparılması haqda razılığa gəliblər: ?Bəs, indi qarşı tərəfə necə etibar etmək olar? ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis və qurumun digər nümayəndələrinin regionda olmasından istifadə edərək onlardan soruşuram: "Nə vaxta qədər uşaq qatili olan Ermənistan və onun rəhbərliyinə diplomatik şəkildə gülümsəyəcəksiniz? Nə vaxta qədər belə təcavüzkar əməllərə loyal münasibət sərgiləyəcəksiniz? Öz sözünüzü nə vaxt deyəcəksiniz? Uşaq qatillərini nə vaxt dayandıracaqsınız??". Xatırladaq ki, Fariz Arzu oğlu Bədəlov martın 8-də saat 16.10 radələrində ermənilərin işğalı altında olan Şıxlar kəndi istiqamətində açdıqları atəş nəticəsində həlak olub. F.Bədəlov təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər uşağın artıq keçindiyini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA