Liviyada müxalifət Qəddafiyə qarzı ziddətli silahlı hücuma hazırlazır

img

02-03-2011 [03:54]


Liviya paytaxtı Tripolidə vəziyyət gərginləşir. Şəhərdə müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında yeni toqquşmalar, güclü partlayışlar və Müəmmar Qəddafiyə qarşı silahlı hücum hazırlığının getdiyi barədə məlumat verilir. Yeni yaradılmış ?ayağa qalxan Tripoli gəncləri? adlı təşkilat, yaxın vaxtlarda Qəddafi tərəfdarlarına şiddətli hücuma hazırlaşır. BBC telekanalı şahidlərə istinadən, bu səhər Tripolidə bir neçə partlayışın baş verdiyini və şəhərdən qara tüstünün qalxdığını xəbər verir. Şəhər mərkəzində həyat iflic olub. Müəmmar Qəddafi ölkənin şərq hissəsi üzərində nəzarəti tamamən itirməsinə baxmayaraq, paytaxt Tripoli və ətraf əraziləri əldə saxlamağa çalışır. Lakin ?Əl-Cəzirə? telekanalının məlumatına görə, artıq Tripoli yaxınlığındakı Tadcura rayonunda da Qəddafi tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar baş verib. Ölkənin böyüklüyünə görə ikinci şəhəri olan Benqazidə isə müxalifət hər an Qəddafinin göstərişi ilə şəhərin bombardman ediləcəyini gözləyir. Havadan hücumu dəf etmək üçün hazırlıqlar gedir. Liviyanın şərq ərazilərini hücumdan müdafiə etmək üçün Benqazidə ali hərbi şura yaradılıb, bura 15 üzv daxil edilib. Qəddafi hücumunu dəf etməyə Tunislə sərhəddə yerləşən Nalut şəhərinin sakinləri də hazırlaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA