Ombudsman ABŞ səfirini qəbul edib

img

10-03-2011 [02:14]


İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə görüşüb. Ombudsman Aparatından verilən məlumata görə, görüşdə E.Süleymanova ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının uğurla icra edildiyini, bu planın təbliği və tətbiqinin monitorinqi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədi ilə respublikanın bütün rayonlarında ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırıb. Səfir M.Brayza ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini bildirib. Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri ilə maraqlanan səfirin sualları ətraflı cavablandırılıb. Ombudsman qonağa təsisatda hazırlanmış çoxsaylı hüquqi ədəbiyyat və nəşrlər barədə məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA