Qəddafi hakimiyyəti qoyub qaçıb?

img

21-02-2011 [02:26]


Liviyada ölkə rəhbəri Qəddafini istefası tələbilə keçirilən aksiyalar paytaxt Tripoliyə də çatıb. Əl-Cəzirənin yaydığı məlumata görə, Qəddafi rejiminin əleyhdarları Tripolinin meydanlarından birinə toplaşaraq dövlət başçısının istefaya getməsi və ölkəni tərk etməsini tələb edən şüarlar səsləndirirlər. Müxalifət hərəkatı rəhbərləri də təsdiq ediblər ki, şəhərin bir neçə rayonu etirazçıların nəzarəti altındadır. ?Reuters?in hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, Tripolidə artıq atəş səsləri eşidilməkdədir. Məlumatlara görə, bir neçə yüz nümayişçi Yaşıl meydan və Liviya paytaxtının mərkəzindəki Şəhid meydanına toplaşıb. "Əl-Ərəbiyyə" telekanalının yaydığı məlumata görə isə Liviya prezidenti Müəmmar Qəddafi Venesuelaya qaçıb. Bəzi mənbələr isə bu xəbəri təkzib edib. Xatırladaq ki, Liviyanı bir neçə gündür hökumət əleyhinə aksiyalar bürüyüb. Qəddafi etirazçılara qarşı əsl qətliam təşkil edib. Təkcə ölkənin ikinci böyük şəhəri Binqazidə 200 nəfərdən çox etirazı qətlə yetirilib. Aksiyaların əvvəlində Binqazidə öldürülmüş 35 etirazçının dəfnindən dönən insanlara ötən gün Qəddafinin yerli və xaricdən gətirdiyi muzdluları odlu və soyuq silahlarla hücum edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA