Bahar Muradova: ATƏT PA-nın Qarabağ münaqizəsi üzrə yeni xüsusi nümayəndəsi obyektiv zəxs olmalıdır

img

09-03-2011 [01:20]


?ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyin olunması qurumun sədrinin səlahiyyətində olan məsələdir. Azərbaycan tərəfinin isə mövqeyi ondan ibarətdir ki, yeni təyin olunacaq nümayəndə obyektiv insan olsun?. Bu fikirləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. B.Muradova bildirib ki, Azərbaycan nümayəndə heyəti tərəfindən bu məsələ təşkilatın qış sessiyasında müzakirə olunub. Onun sözlərinə görə, xüsusi nümayəndəni ATƏT PA-nın sədri müəyyən edəcək. ?Hesab edirik ki, bu vəzifəyə çox obyektiv və təcrübəli bir şəxs təyin olunmalıdır. Eyni zamanda, yeni xüsusi məruzəçiyə hər iki tərəfin, o cümlədən qurumun rəhbərinin inamı olmalıdır. Bildiyiniz kimi may ayında ATƏT PA-nın sədrinin Bakıya səfəri gözlənilir və həmin səfər ərəfəsində yeni xüsusi nümayəndənin kimliyi məlum ola bilər. Fikrimcə, ilk yarımildə bu təyinat müəyyənləşəcək?- deyə vitse-spiker vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA