Elmar Məmmədyarovun irana səfəri bazlayıb

img

07-03-2011 [01:23]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda səfərdədir. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun ANS PRESS-ə verdiyi xəbərə görə, XİN rəhbəri İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak edəcək. Poluxovun sözlərinə görə, səfər bu gün başa çatacaq. Xatırladaq ki, bu komissiyaya Azərbaycan tərəfdən Elmar Məmmədyarov, İran tərəfdən bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi rəhbərlik edir. Elmar Məmmədyarovun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA