Ramil Usubov 6 yol polisini izdən çıxarıb

img

02-03-2011 [09:53]


Öz vəzifə səlahiyyətlərini lazımı qaydada yerinə yetirmədiyinə və sürücülərdən rüşvət aldığına görə, Dövlət Yol Patrul xidmətinin 7 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə MIA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, daxili işlər nazirinin 2 mart 2011-ci il tarixli əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub. Həmçinin nazirin əmri ilə xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş 1 əməkdaş isə tutduğu vəzifədən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA