Fikrət Məmmədov icra məmurlarını cəzalandırıb

img

25-02-2011 [11:19]


Ədliyyə Nazirliyində icra xidmətinin Bakı şəhəri və ətraf bölgələrin yerli qurumlarının bütün əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov korrupsiya ilə mübarizədə mühüm önəm kəsb edən məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə tədbirlərdən danışıb. Bununla əlaqədar, korrupsiyaya qarşı mübarizə üzrə yanvarın 31-də keçirilən Kollegiyada və əhatəli əmrdə qoyulmuş qəti tapşırıqların icrasına dair tədbirlər, xüsusilə ?qaynar xətt?lərə daxil olan şikayətlərin operativ araşdırılmasının nəticələri, monitorinq qrupu yaradılaraq yerli qurumlarda çevik və prinsipial yoxlamaların aparıldığı bildirilib. Qeyd olunub ki, ötən il 120 minə qədər artan icra sənədlərindən 85%-nin icra olunmasına, habelə 209 nəfər barədə cinayət işinin başlanılmasına baxmayaraq, bu sahədə hələ də problemlər qalmaqdadır. Müşavirənin yekunları üzrə ədliyyə nazirinin əmri ilə göstərilən kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru M.Əhmədov ədliyyə orqanlarından xaric olunub, Nəsimi və Nizami rayon icra şöbələrinin icra məmurları X.Yaqubov və N. Qasımov tutduğu vəzifədən azad edilib, Səbail, Yasamal rayonları və Sumqayıt şəhəri icra qurumlarının rəhbərlərinə şiddətli töhmət verilib, bəzi digər məsul işçilərə xəbərdarlıq edilməklə işdə dönüş yaradılması üçün 6 ay vaxt verilib. Müşavirənin sonunda İcra baş idarəsinə korrupsiya ilə mübarizənin gücləndirilməsi, əlaqədar xidmətin işinin düzgün təşkili və yerli qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması, neqativ faktlar üzrə təxirə salınmadan zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA