6 hakim barəsində intizam icraatına bazlanılıb

img

21-02-2011 [06:58]


Prezident İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələr Məhkəmə-Hüquq Şurasının geniş iclasında müzakirə edildikdən sonra dövlət başçısının tələblərinin hər bir hakimə çatdırılması məqsədilə regional müşavirələr keçirilib və korrupsiyaya şərait yaradan hallar bütün hakimlərin iştirakı ilə təhlil olunub. Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, Məhkəmə-Hüquq Şurasında yeni yaradılmış korrupsiyaya qarşı mübarizə sektoru tərəfindən vətəndaşların şikayətləri əsasında Bakı şəhərinin Yasamal, Binəqədi, Xəzər, Nizami rayon, Mingəçevir şəhər və Gədəbəy rayon məhkəmələrində keçirilmiş yoxlamalar nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verildiyi müəyyənləşdirilib. Belə ki, bəzi hakimlər kobud süründürməçilik edərək məhkəmə proseslərində tərəflərin iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirləri görməyərək cavabdehin prosesdən kənarda qalmasına, apellyasiya hüququnun əsassız məhdudlaşdırılmasına və digər pozuntulara yol veriblər. Bununla əlaqədar şura tərəfindən 6 hakim barədə intizam icraatları başlanıb. Hazırda korrupsiyaya şərait yaradan halların aşkara çıxarılması və aradan qaldırılması üzrə tədbirlər davam etdirilir, bu məqsədlə məhkəmələrdə mütəmadi monitorinqlər keçirilir, vətəndaşların müraciətlərinin hərtərəfli, o cümlədən yerində yoxlanılması təmin olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA