Bəxtiyar Hacıyevin məhkəməsi aprelin əvvəlində olacaq

img

15-03-2011 [04:25]


Bəxtiyar Hacıyevə qarşı irəli sürülmüş cinayət işinin materialları martın 15-də məhkəməyə göndəriləcək. Bu haqda onun vəkili Elçin Namazov məlumat verib. Məhkəmə prosesi Gəncədəki Nizami rayon Məhkəməsində martın axırı, aprelin əvvəlində başlayacaq. Vəkil Bəxtiyar Hacıyevlə martın 14-də görüşüb: ?Bəxtiyar ona qarşı irəli sürülən ittihamın qeyri-qanunsuz olmasını sübut etmək üçün hamının iştirakı ilə açıq məhkəmənin keçirilməsini gözləyir?. Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1 maddəsi ilə hərbi xidmətdən yayınmaqda ittiham olunur. Martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi onun haqqında 1 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA