Obama internet "nəhəngləri"nin rəhbərləriylə görüzdü

img

18-02-2011 [03:58]


ABŞ prezidenti Barak Obama aparıcı internet şirkətlərinin rəhbərləri ilə görüşüb. Fevralın 17-də Kaliforniya ştatında baş tutan görüşdə ?Facebook? sosial şəbəkəsinin rəhbəri Mark Zuckerberg, ?Google? rəhbəri Eric Schmidt və ?Apple? şirkətinin yaradıcısı Steve Jobs iştirak edib. Görüşə bir sıra tanınmış biznesmenlərlə yanaşı ?Twitter?, ?Yahoo! ?, ?NetFlix? və ?Oracle? şirkətlərinin rəhbərləri və Stanford Universitetinin prezidenti də qatılıb. ?Associated Press?in məlumatına görə, görüş qapalı keçirilib. Barak Obama alternativ enerji, təhsil, yüksək sürətli internet və digər proqramlar üçün milyardlarla dollar ayırmaq istədiyini açıqlayıb. Baxmayaraq ki, onun irəli sürdüyü yeni büdcə layihəsində daxili xərclərin bu maddələrinə moratorium təklif edilir. Prezident iddia edir ki, məqsədli dövlət xərcləri, həmçinin yeni iş qüvvəsinin yaradılmasına yönəldilmiş maarifləndirici təşəbbüslər başqa ölkələrlə ABŞ-ın gələcək rəqabətə davamlılığının yaradılmasında həlledici qiymətə malikdir. Barak Obama yaxın zamanlarda ?Intel Corporation? rəhbərliyi ilə də görüşməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA