?Türk Xalqları Vətəndaz Cəmiyyəti Forumu? gənclərin fikrini prezidentə ünvanladı

img

11-03-2011 [01:32]


?Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu?nda təmsil olunan təşkilatlar dövlət başçısı İlham Əliyevə dəstək müraciəti ünvanlayıblar. Bu barədə MIA-ya məlumat verən TXVCF idarə heyətinin üzvü Vüsalə Hüseynli bildirib ki, Forumun Azərbaycan nümayəndəliyində təmsil olunan beş QHT ölkə prezidenti tərəfindən aparılan islahatlara və korrupsiya ilə mübarizə görə təşəkkür edərək bu işdə forumda olan təşkilatların minlərlə gənci adından İlham Əliyevin gənclər qüvvəsi olaraq arxasında olduğumuzu və lazım olan hər bir işdə ona dəstək olacağımızı bildirmişik: ?Biz gənclərlə işləyən təşkilatların rəhbərləri kimi ətrafımızda olan gənclərin fikirlərini ölkə başçısına çatdırmaq istədik ki, bu gün Azərbaycan gəncləri öz prezidentinin ətrafında birləşərək, onun apardığı islahatlara öz tövhəsini verməyə və ali baş komandanın əmrində olan ordunun nümayəndələri kimi hər zaman Azərbaycanın inkişafına və çiçəklənməsinə xidmət etməyə hazırdır. Bu gün gənclər öz prezidentinin arxasında qüvvə olaraq dayanıbdır və bu belə də olacaqdır?. TXVCF idarə heyətinin üzvü bildirib ki, müraciəti Forumda Azərbaycan tərəfindən təmsil olunan beş təşkilat sədri - Bakı Gənclər Klubu -Azər Cavadov, Demokratik Azərbaycan Naminə - Elməddin Behbud, Demokratik İslahatçı Gənclər ? Vüsalə Hüseynli, Sağlam İnkişaf və Maarifləndirmə - Anar Xəlilov və Yeni Həyat Humanitar və Sosial dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA