Dövlət Neft Şirkətində kütləvi həbslər bazlayıb

img

17-02-2011 [06:07]


Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin 8 əməkdaşı rüşvət üsütndə həbs olunub. Hadisə ilə bağlı Sabunçu Rayon Prorkurorluğunda cinayət işi açılıb və fakt üzrə araşdırmalar davvm etdirilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Xəbəri dəqiqləşdirmək üçün Sabunçu Rayon Polis və Prokurorluq orqanlarından əlavə məlumat ala bilmədik. Yalnız onu öyrənə bildik ki, həbslərin həyata keçməsində vətəndaşlar fəallıq göstəriblər. Yəni onların şikayəti ilə belə bir əməliyyat planı qurulub. Dövlət Neft Şirkətindən isə agentliyin araşdırmasına cavab olaraq, ad çəkilməmək şərtilə bildirilib ki, həqiqətən də bir neçə gün əvvəl belə bir hadisə olub: ?Həbs olunanlar Təhlükəsizlik İdarəsinin atıcıları (sıravi mühafizəçilər-redaksiya) olublar. Onlar neft ərazilərində qanunsuz yaşayış evləri tikən vətəndaşlardan rüşvət alarkən yaxalanıblar və barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb?. Şirkətdən onu da bildiriblər ki, belə qanunsuzluqlara yol verən əməkdaşları haqda özləri də sərt tədbirlərə əl atırlar: ?Şirkətin rəhbərliyi belə hallara qarşı barışmaz mövqedədirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA