Bakıda oğru evə girdi, 10 kq ət oğurladı

img

21-02-2011 [02:49]


Ötən gecə Suraxanı rayonu ərazisində mənzil qarət edilib. Hadisə rayonun Atamoğlan Rzayev 319 V ünvanında, Süleymanov İlqar Rafiq oğluna məxsus evdə baş verib. Qeyd edək ki, hasdisə baş verdiyi anda evdə heç kim olmayıb. Ev sahibi İlqar Süleymanov hadisədən axşam saat 22.00 radələrində, işdən evə qayıdarkən xəbər tutub. Ev sahibi qarşılaşdığı vəziyyət barədə ilk öncə, Suraxını rayon polis idarəsinin 31-ci polis bölməsinə və həmçinin ərazi üzrə sahə müvəkkilinə xəbər verib. Hadisə yerinə əməliyyat qrupu və eləcə də ekspert cəlb olunub. Mənzilə baxış keçirilib, müəyyən nümunələr, barmaq izləri götürülüb. Əməliyyatçılar həmçinin evdən oğurlanmış əşyaların da qeydiyyatını aparıb. İlkin ehtimala görə naməlum şəxs və ya şəxslər mənzilə mətbəxin pəncərəsindən keçiblər. Zərərçəkmiş isə qeyd edib ki, qarətçilər evdən ət aparıb. Məlumata görə, mənzilə mətbəxin pəncərəsindən daxil olmaqla ilk oğurluğa da mətbəxdən başlayan oğrular soyuducudan 10 kiloqrama yaxın ət aparıblar. Baş vermiş hadisəyə hüquqi qiymətin verilməsi üçün toplanmış materialların Suraxanı rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Bölmənin əməkdaşları hələlik hər hansı açıqlama verməsələr də, araşdırmaların davam etdiyini deyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA