Dmitri Medvedev Roma Papası ilə görüzəcək

img

16-02-2011 [03:17]


Rusiya Prezidenti Dmitri Medvedev italyan həmkarı Corcio Napolitanonun rəsmi dəvətinə əsasən, İtaliyaya səfər edəcək. Səfər çərçivəsində hər iki dövlət başçısı ?2011 ? ci il Rusiyada İtaliya mədəniyyəti və italyan dili ili? və ?2011 ? ci il İtaliyada Rusiya mədəniyyəti və rus dili ili? elan olunması mərasiminin təntənəli açılışında iştirak edəcəklər. Bundan əlavə, Dmitri Medvedev səfər ərəfəsində italyan həmkarı Corcio Napolitano, İtaliyanın Baş naziri Silvio Berluskoni və Roma Papası XVI Benediktlə görüşəcək, ölkələr arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi üçün bir sıra razılaşmalar əldə ediləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA