Tahir Abbaslı: ?Güney Azərbaycan mövzusu inhisara alınıb?

img

18-02-2011 [03:43]


?İranın Azərbaycanın işinə müdaxiləsinə sərt reaksiya verməyimiz, Güney Azərbaycanın taleyinə yönəlik söylədiyimiz fikirlər bəzilərinin xoşuna gəlməyib?. Bu fikri Azərbaycan İslam Demokrat Partiysının sədri hacı Tahir Abbaslı deyib. O bildirib ki, bəzi təşkilatlar islamçı demokratların bu mövqeyinə qısqanc yanaşır, cəmiyyətə düşmən kimi təqdim etməyə çalışırlar. Həmin şəxslərin tez-tez Kanal13.tv-yə çıxaraq bu istiqamətdə müzakirələr aparıb özlərini az qala qəhrəman kimi təqdim etdiklərini deyən AİDP sədri bildirib ki, əslində həmin şəxslərin və onların arxasında duran qüvvələrin bu addımı siyasi səhnədə görünmə istəyi ilə bağlıdır: ?Əslində onların Güney Azərbaycanın problemlərin həllinə yönəlmiş fikirləri, muzakirələri əyləncə xarekteri daşıyır. Öz ölkəmizdə olan problemlərdən yayınıb, Güney Azərbaycan problemlərin həll etmək adı ilə yalançı milliətçi kimi şöhrət qazanmaqla günlərini keçirirlər?. T.Abbaslı bildirib ki, belələri xalqın gələcək taleyini görə blməyən və düşünməyən qüvvələrdir: ?Onlar zahirən Güney Azərbaycanın problemlərini qabardırlar. Amma daxilən xarici güclərin İran planının tərkib hissəsinə daxil olan prosesləri həyata keçirirlər. Belə olmasaydı Dünya Azərbaycanlıları Konqresi bir neçə yerə parçalanmazdı?. Belələrinin millət təəssübkeşliyinin düşmənçilik töxumu səpdiyini deyən T.Abbaslı hesab edir ki, özlərini irəli apara bilməyənlərin nə güneyə, nə də şimala xeyri olacaq. Güney Azərbaycan, İran mövzusunun həmin qüvvələr tərəfindən inhisara alındığını deyən AİDP sədri bildirib ki, həmin qüvvələr bu mövzuda danışan digər şəxsləri və təşkilatları hədəfə götürürlər: ?Elə bil Güney Azərbaycan məsələsi tək bu insanların fəaliyyət sahəsidir. Bu sahəyə kimsə müdaxilə edə biməz və ixtiyarı da yoxdur. Hər nə bilsələr deyərlər və ittiham etməyə haqları var. Hədə və təhqir etmək isə bunların iş üslublarıdır. Vətən və xalq qarşısında heç bir ali xidməti olmayanlar bu sahədə özlərini asudə və nəzarətsiz hesab edirlər?. İslamçı demokratların da millət sevgisi ilə fəaliyyət göstərdiyini deyən AİDP sədri bunları söyləyib: ?İslam dini bizə milləti sevməyi, ona mənəvi dayaq və qahmar durmağın həddini mükəmməl şəkildə öyrədib?. AİDP sədri bildrib ki, onun İranın hakimiyyəti haqda tənqidi qeydləri xalqımıza və dövlətimizə xidmət missiyası daşıyır: ?Biz vətəndaşlarımızın fikir və düşüncələrində İslam dininin həqiqətpərəst və demokratik ruhiyəli olduğunu bəyan etdik. Bu əslində dini qorxu vasitəsi edənlərə qarşı mübarizə çağırışı idi. Güneydə yaşayan soydaşlarımızın problemlərini də görürük və onların yanındayıq. Problemlərin aradan getməsinin yeganə yolunu İranda demokratik islahatların baş tutmasında görürük?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA