Vladimir Doroxin: "Bakı anladı ki, Rusiya ilə məsafə saxlamaq mənasızdır"

img

10-02-2011 [03:25]


?Rusiya-Azərbaycan münasibətləri səfirlərin şəxsiyyətindən və onların ekspromtlarından asılı deyil. Onlar Rusiya və Azərbaycanın obyektiv maraqlarına, iki ölkə rəhbərlərinin dərin qarşılıqlı anlaşmasına əsaslanır?, - deyə səfir fevralın 10-da qeyd edilən Rusiya Diplomatları Günü ərəfəsində ?İnterfaks-Azərbaycan? agentliyinə müsahibəsində bildirib. ?Bizim münasibətlərimiz səfirin səhvi və ya kobud sözünə tab gətirəcək. Amma bununla belə, məsuliyyət vacib amil olaraq qalır. Bu, iki qonşu ölkə arasında münasibətlərin bütün sahələrdə yalnız dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda inkişaf etməsində maraqlı olan milyonlarla insan qarşısında məsuliyyətdir?-deyə səfir vurğulayıb. O bildirib ki, Rusiyanın gənc diplomatiyası üçün ən ciddi çağırışlardan biri keçmiş SSRİ respublikaları ilə münasibətlərin qurulması oldu. ?Moskvada bəzən onları psixoloji cəhətdən bərabər tərəfdaş kimi qəbul etmək çətin idi, onlar isə öz növbəsində, siyasəti Rusiyadan süni məsafədə qururdular. Azərbaycan da istisna deyildi. Moskva Azərbaycanı olduğu kimi qəbul etmək lazım olduğunu anladıqdan sonra hər şey yaxşılığa doğru irəliləməyə başladı. Bakı isə anladı ki, Rusiya elə amildir ki, onunla məsafə saxlamaq mənasızdır, onunla praqmatik qarşılıqlı anlaşma tapmaq lazımdır. Bu prinsiplərin əsası Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulub və onlar hələ də işləyir?, - deyə V.Doroxin bildirib. ?Rusiyanın MDB ölkələri ilə münasibətlərinin əsasında sözsüz ki, onların suverenliyi və azad fəaliyyətinə hörmət durur. Tərəfdaşı öz xarici siyasi üstünlüklərinə tərəf çəkməz olmaz. Onun maraqlarına hörmət etmək lazımdır. O zaman o da sənin maraqlarına hörmət edəcək. Bizim Azərbaycanla belə münasibətlərə nail olmamız sözsüz ki, Rusiya diplomatiyasının nailiyyətidir?, - deyə diplomat vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA