Misirdəki iğtizazlarda Azərbaycan səfirliyinin əməkdazı həlak olub

img

30-01-2011 [04:43]


Misirdə baş verən iğtişaşlarda Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı həlak olub. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, səfirlikdə mühasib işləyən Nicat Qocayev ötən gün axşam işdən evə qayıdarkən güllə yarası alıb və həlak olub. XİN rəsmisi onun meyitinin evakuasiya üçün göndərilən təyyarələrlə bu gün Azərbaycana gətirilə biləcəyini bildirib. Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün Misirə təyyarə göndərilməsi barədə müvafiq göstəriş verib. Misir tərk etmək istəyən Azərbaycan vətəndaşları təyyarələr vasitəsilə ölkəyə gətiriləcək. Azərbaycan XİN hazırda Misirdə olan həmvətənlərimizdən xahiş edirik ki, təcili surətdə Azərbaycanın Qahirədəki səfirliyində yaradılmış ?Qaynar xətt?ə aşağıdakı telefonlarla zəng etsinlər: 00201 69 14 2848 i 00201 08 15 8628. Qeyd edək ki, hazırda Misirdə 70 Azərbaycan vətəndaşı yaşayır və təhsil alır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA