XiN Gürcüstanda qəzaya uğrayan gəmiçilərimizlə bağlı məlumat yaydı

img

08-02-2011 [02:50]


Fevralın 7-də Gürcüstanın Poti limanında Ukraynaya məxsus ?Qriqori Petrovski? yük gəmisi güclü qasırğa nəticəsində qəzaya uğrayıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə gəmidə olan 11 ekipaj üzvündən üçü Azərbaycan vətəndaşıdır. Onlar- gəmi kapitanın 1-ci müavini Əzizov Qaçay Abuturab oğlu (1952), böyük mexanik Misiyev Arif Həbib oğlu (1952) və dənizçi Vəlmətov Fariz Gülmirzə oğludur (1987). Qəza barəsində Azərbaycanın Gürcüstandakı baş konsulu Hüseyn Nəcəfova məlumat verən Poti şəhərinin vitse-meri Qeorgiy Homeriki bildirib ki, ?Qasırğa zamanı ekipaj idarəetməni itirib və gəmi dalğaqırana dəyərək çatlayıb?. Gəmidə 32 ton dizel və 2,8 ton yağlı yanacaq yükü olduğunu deyən vitse-mer yaranmış çat nəticəsində yükün qeyri-müəyyən qisminin dənizə töküldüyünü deyib. Xilasetmə nəticəsində ekipaj üzvlərinin hamısı xilas edilib və konsulluq onlara lazımi köməklik göstərib. Qəza ilə bağlı Gürcüstanın müvafiq instansiyaları araşdırmalar aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA