Hüsnü Mübarək zorakılığı arazdırmaq üçün komissiya yaradıb

img

08-02-2011 [02:34]


Hökumət Qahirədə iki həftədir davam edən etiraz aksiyalarının sona çatmasını istəsə də, fevralın 7-də Misirin Tahrir meydanında yenə də aksiya davam edib. Həftənin birinci günü hökumət bəzi müxalifət liderləri ilə görüşüb. Onların arasında "Müsəlman Qardaşlığı" da olub. Danışıqlardan sonra müxalifət bildirib ki, vəd verilən dəyişiklik kifayət deyil. Hökumət isə dəyişiklərin başında Hüsnü Mübarəkin dayanmalı olduğunu bildirir. Minlərlə etirazçı bu gecə yenə meydana yığışıb və tələb ediblər ki, Hüsnü Mübarək təcili istefa versin. Hökumət konstitusiya və digər siyasi-iqtisadi dəyişikliklərlə bağlı vəd verir. Rəsmi MENA xəbər agentliyi xəbər verir ki, Hüsnü Mübarək ötən həftə ölümlə müşahidə olunan zorakılığı araşdırmaq üçün göstəriş verib. Hüquq müdafiəçiləri bildirirlər ki, yanvarın 25-də etiraz aksiyaları başlayandan bəri Misirdə təxminən 300 adam öldürülüb. Ölkəyə 310 milyon dollardan çox zərər dəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA