Azərbaycan Misirə nota verdi

img

02-02-2011 [05:30]


Nicat Qocayevin ölümü ilə bağlı Misir Xarici İşlər Nazirliyinə nota verilib. Bu barədə AzadlıqRadiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Hələlik Misir tərəfi Azərbaycanın notasına reaksiya verməyib. Azərbaycanın Misirdəki səfirliyində mühasib işləyən Nicat Qocayev yanvarın 29-da Qahirədə işdən evə qayıdarkən öldürülüb. E. Poluxov bildirib ki, Azərbaycanın Misirdəki səfirliyi öz fəaliyyətini davam etdirir. Misirdəki Azərbaycan vətəndaşları evakuasiya olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA