Bakıda ər arvadını bıçaqladı

img

29-01-2011 [01:45]


Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında R.Rüstəmov küçəsində beş verib. Burada yaşayan Adil Abdullayev sərxoş vəziyyətdə yaşadığı mənzildə həyat yoldaşı Elena Abdullayevanın kürək nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib. Hadisədən sonra şübhəli şəxs Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb olunub. İlkin məlumata görə, hadisə ailə münaqişəsi nəticəsində törədilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA