Beyləqanda saxta polislər ifza olunub

img

27-12-2010 [05:07]


Dekabrın 26-da saat 00.30 radələrində Beyləqan şəhərinin Magistral küçəsində 3 nəfər şəxs həmin ərazidə xidmətdə olan Beyləqan rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq özlərini Bakı şəhəri Baş Polis İdarəsinin (BPİ) əməliyyat müvəkkilləri kimi təqdim ediblər. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, onlar M.Müşfiq küçəsində yaşayan Ayət İsmayılovu Bakı BPİ-yə aparmalı olduqlarını və həmin şəxsin ev ünvanına onlarla birlikdə getmələrini xahiş ediblər. Həmin şəxslər şübhə doğurduqlarından Beyləqan rayon Polis Şöbəsinə dəvət olunub, onların Bərdə rayon sakinləri Vüsal Hüseynov, Elturan Abışov və Bakı şəhər sakini Ayaz Əliyev olmaları, habelə polis əməkdaşları olmamaları müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA