Sumqayıtda 26 yazlı qız evdə özünü asıb

img

18-01-2011 [05:24]


Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumata görə, hadisə bu gün qeydə alınıb. Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə FHN-ə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs qiriş qapısının dəfələrlə döyülməsinə və telefon zəglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən 1985-ci il təvəllüdlü Rüstəmova Fidan Akif qızı asılı vəziyyətdə aşkarlanıb. F.Rüstəmovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA