Mehmanxananın mühafizəçisinin bazını kəsiblər

img

27-01-2011 [11:28]


Azərbaycanın Neftçala rayon sakininin başı kəsilib. Hadisə dünən axşam saatlarında rayon mərkəzində yerləşən mehmanxanada baş verib. Mehmanxananın mühafizə xidmətinə yeni işə qəbul olunmuş Neftçala rayonunun Bankə qəsəbə sakini 63 yaşlı Ədalət adlı şəxsin meyiti başı kəsilmiş vəziyyətdə tapılıb. Dərhal əraziyə polis və prokuroluq əməkdaşları yollanaraq, araşdırmalara başlayıb. Rayon Prokurorluğu anspress-ə faktı təsdiqləyib. Verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır. Neftçala rayon sakininin intihar etməsi versiyası da nəzərdən keçirilir. Rayon Polis Şöbəsindən verilən məlumata görə, qətlə yetirilən şəxs 1947-ci il təvəllüdlü Neftçala rayonunun Bankə qəsəbə sakini Ədalət Əliağa oğlu Axundovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA