Bakı polisi yanvarın 20-də xüsusi rejimdə izləyəcək

img

18-01-2011 [03:15]


Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimdə çalışacaq. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb. Həmin plana əsasən, yanvarın 20-si səhər saat 7-dən, axşam saat 18-dək Hüseyn Cavid və Parlament prospektləri və Mehdi Hüseyn küçəsindən Teleteatradək yollar bağlanacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Şəhidlər xiyabanını ziyarət saat 11.00-dan başlayacaq və 19.00-dək davam edəcək. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər xiyabanı istiqamətində hərəkət edəcəklər. Yanvarın 20-də saat 12.00-da paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA