Arvadını evdə kiziylə tutan ər əlini qana batırdı

img

04-01-2011 [04:45]


Bakının Nizami rayonu ərazisində qısqanclıq qanlı hadisəyə səbəb olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, yanvarın 4-nə keçən gecə Şahin Mustafayev Çobanzadə, 25 ünvanında yaşadığı mənzildə həyat yoldaşı Aynuru bıçaqlayıb. Yaralı xəsarətlə xəstəxanaya yerləşdirilib. Ş.Mustafayev isə hadisəni törətdikdən sonra qaçıb gizlənib. Aparılan axtarışlar nəticəsini verib. O, bu gün səhər saatlarında Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tutularaq istintaq orqanına təhvil verilib. Ş.Mustafayev ilkin dindirmə zamanı arvadını günahlandırıb: ?Gecə evə gəlib qapını döydüm. Arvadım qapını açmadı. Eyvana damdan kəndir vasitəsilə düşüb evə daxl oldum. O, başqa kişi ilə idi". Üç uşaq atası olan Ş.Mustafayev törətdiyi əməldən peşman olmadığını deyib. Faktla bağlı cinayət işi başlanıb. Milli.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA