Nemət Pənahlının apelyasiya zikayətinə baxılacaq

img

17-01-2011 [12:29]


Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının apelyasiya şikayətinə baxılacaq. Bu haqda AzadlıqRadiosuna Nemət Pənahlının vəkili Elçin Sadıqov məlumat verib. Şikayət Nəsimi rayon məhkəməsinin yanvarın 10-da onun haqqında çıxardığı 2 aylı həbs qərarı ilə bağlıdır. Nemət Pənahlı və onun dostu Ceyhun Fərzəliyev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq, silahdan və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunur. Həbsə səbəb isə yanvarın 7-də Eldar Rzayev adlı şəxsin polisə müraciəti olub. O bildirib ki, Mirəli Qaşqay küçəsində tanışı Nemət Pənahlı və Ceyhun Fərzəliyev onu döyüb. Qarşı tərəf ittihamları qəbul etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA