Bakıdan Gürcüstana mazut dazıyan yük qatarı qəzaya uğrayıb

img

02-02-2011 [03:13]


Bakıdan Gürcüstana mazut daşıyan yük qatarı qəzaya uğrayıb. Hadisə fevralın 2-də Goranboy rayonunun Dəli Məmmədli dəmiryol stansiyasında baş verib. ?Azərbaycan Dövlət Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, yük qatarının son 4 vaqonunun təkər cütləri reysdən çıxıb. Vaqonlarda mazut olsa da, ətrafa dağılmayıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir. İlkin ehtimallara görə, hadisəyə pis hava şəraiti səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA