Paytaxtda qətl hadisəsi baz verib

img

14-01-2011 [10:45]


Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə dünən saat 23.00 radələrində Ə.Rəcəbli küçəsində 5 saylı evin qarşısında baş verib. 39 yaşlı Oleq Remçov şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə nəticəsində tanışı 36 yaşlı Sənan Salmanova çoxsaylı bıçaq zərbələri vuraraq onu qətlə yetirib. Faktla bağlı AR CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA