Zibillikdən silah-sursat tapıldı

img

14-01-2011 [04:00]


Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, Tovuz rayon Post Patrul Xidmətinin əməkdaşları yanvarın 13-də rayonun ?Çinzavod? küçəsinin ərazisindəki zibillikdən xeyli sayda silah-sursat aşkarlayıb. 1 ədəd xaricdə istehsal olunmuş ?beşaçılan? yivəli tüfəng, 1 ədəd qumbara, 1 ədəd qumbaraatan, 1 ədəd mərmi, 1 ədəd nömrəsiz, lüləsi kəsilmiş və istifadəyə yararsız ov tüfəngi, 32 ədəd müxtəlif çaplı güllə və 1 ədəd güllə darağı götürülüb. Hazırda polis aşkarlanan silah-sursatın kim və ya kimlər tərəfindən zibilliyə atıldığını və aşkarlanan odlu silahların hansısa bir cinayətdə istifadə edilib-edilmədiyini araşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA