AŞ PA-nın qız sessiyasında Qarabağ üzrə Alt Komitənin bərpası müzakirə olunacaq

img

10-01-2011 [06:27]


?Avropa Şurası Parlament Assambleyasının tərkibində Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olacaq Alt Komitə yenidən bərpa olunacaq. Bunun üçün AŞ PA sədri Mövlud Çavuşoğlunun xüsusi tapşırığı var?. Bu barədə ANS-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sabir Hacıyev məlumat verib. Onun sözlərinə görə, artıq məsələnin yanvar sessiyasında müzakirəsi üçün bütün hazırlıq işləri görülüb. Sabir Hacıyev bildirib ki, Alt Komitənin bərpasından sonra sədrlik məsələsi də müzakirə olunacaq, bundan əlavə müzakirələrdə iştirak edəcək azərbaycanlı deputatların da sayı artırılacaq. ?Alt Komitənin yenidən bərpa olunması istiqamətində sədr Mövlud Çavuşoğlu və baş katibin iştirakı ilə Ermənistan və Azərbaycan nümayəndə heyətinin üzvlərinin görüşləri bərpa olunmalıdır. Əvvəllər mütamədi olaraq belə iclaslar keçirilirdi. Məqsəd ondan ibarət idi ki, Alt Komitənin fəaliyyəti gücləndirilsin. Hər sessiyada bu məsələ müzakirə olunurdu. Bu iş onsuz da müzakirə predmeti idi. Bu kiminsə istəyi ilə olan bir məsələ deyil. AŞPA bürosunun qərarı var. Və o yerinə yetirilməlidir. Yanvar sessiyasında da bu məsələnin müzakirəsi gözlənilir və yəqin ki, baş tutacaq?, - deyə Sabir Hacıyev bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA