Xarici izlər naziri Elmar Məmmədyarov Meksikanı Azərbaycanın vacib tərəfdazı kimi dəyərləndirir

img

04-01-2011 [04:22]


Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarovun 2011-ci ilin əvvəlində Latın Amerikası ölkələrinə nəzərdə tutulan rəsmi səfəri ərəfəsində Meksikanın nüfuzlu və ingilis dilində ölkədə yeganə çap olunan ?The News? qəzetinin müxbiri Theresa Margolis Bakıda səfərdə olub və nazir E.Məmmədyarovdan müsahibə alıb. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, sözügedən müsahibə 2010-cu ilin 31 dekabr tarixində ?The News? qəzetində ?Azərbaycan Meksikanı vacib tərəfdaş kimi dəyərləndirir? başlıqlı geniş məqalə ilə dərc edilib. Müsahibədə Azərbaycanın Latın Amerikası regionu ilə münasibətlərin genişləndirilməsində maraqlı olduğu, Azərbaycanın region ölkələrində yeni diplomatik nümayəndəliklərinin açıldığı qeyd edilir, o cümlədən Meksika ilə həm çoxtərəfli, həm də müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ilə ikitərəfli ticarət-iqtisadi əlaqələri, xüsusən də enerji sektorunda əməkdaşlıq perspektivlərindən bəhs edilir. Müsahibə zamanı, Azərbaycan Xarici İşlər Naziri E.Məmmədyarov, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edildiyi, Xocalı faciəsi və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin BMT və dünya ictimaiyyətinə çatdırılması üçün aparılan hüquqi proseslər və münaqişənin həlli istiqamətində davam edən danışıqlar haqda da ?The News? qəzetini geniş məlumatlandırmışdır. Münaqişənin diplomatik vasitələrlə həll edilməsi üçün imkanların hələki dükənmədiyini qeyd edən Nazir E.Məmmədyarov bildirmişdir ki, Azərbaycanın 20 faiz ərazilərinin işğalı faktı BMT tərəfindən qəbul edildiyinə baxmayaraq, qlobal siyasətdə bəzən ikili standartlar mövcuddur və məhz bu səbəbdən də beynəlxalq hüquq çərçivəsində, o cümlədən BMT-nin Əsasnaməsinə uyğun oalraq işğal edilmiş ərazilərini geri qaytarmaq üçün Azərbaycan bütün imkanlardan, o cümlədən hərbi vasitələrdən istifadə edəcəyini istisna etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA