Bakıda 52 yazlı kizi özünü odlu silahla vuraraq öldürüb

img

08-01-2011 [10:36]


Nəsimi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə yanvar ayının 7-də saat 23:00 radələrində Seyidzadə küçəsində qeydə alınıb. Bu ünvanda yaşayan 52 yaşlı Yaşar Qasımov odlu silahdan atəş açaraq özünü öldürüb. Hadisə yerinə rayon polisinin və Prokurorluğun əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar. Hələlik hadisənin nə səbəbdən baş verməsi bilinmir. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA