Gəncədə ər qısqanclıq zəminində arvadını qətlə yetirib

img

06-01-2011 [10:56]


Gəncə şəhərində qətl hadisəsi baş verib. Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə yanvarın 5-i saat 23.30 radələrində şəhərin yeni salınan Lahrasa bağ massivində qeydə alınıb. Prokurorluğa məlumat daxil olan kimi dərhal əraziyə kriminalistlər gedərək ilkin araşdırmalara başlayıblar. Məlum olub ki, burada yaşayan 29 yaşlı Arzu Marif oğlu Həsənov aralarında baş verən qısqanclıq zəminində 29 yalı həyat yoldaşı Sədaqət Şakir qızı Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq onu qətlə yetirib. A.Həsənov saxlanılaraq istintaq orqanına təhvil verilib. Faktla bağlı AR CM-nin 120-ci (Qəsdən adam öldürmə) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA