Bakıda oğul anasını, arvadını və iki uzağını öldürdü, özünü isə bıçaqladı

img

11-01-2011 [10:50]


Bu gecə Bakının Nizami rayonunda dəhşətli qətl hadisəsi baş verib. Nizami rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gecə saat 04.00 radələrində Şirin Mirzəyev küçəsi 70 saylı evin 30-cu mənzilində qeydə alınıb. 37 yaşlı Rövşən Mehrəliyev Qəribxan oğlu mətbəx bıçağı ilə aralarında baş verən mübahisə zəminində anası Elmira Şərəfəddin qızı Mehrəliyevanı, arvadı Lalə Qədim qızı Mehrəliyevanı, iki azyaşlı uşaqları Səidə və İlhama bıçaqla bir neçə xəsarət yetirərək qətlə yetirib. Hadisə zamanı evdən qaçan 8 yaşlı Nuranə bu barədə qonşulara xəbər verib və öz növbəsində qonşular polisi məlumatlandırıb. Dərhal əraziyə gələn polis əməkdaşları R.Mehrəliyevi saxlayıb. Məlum olub ki, o, hadisədən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirib. Yaralı dərhal 3 saylı xəstəxanaya çatdırılıb. Faktla bağlı AR CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Hadisənin nə səbəbdən baş verməsi hələlik bilinmir. *** 3 saylı Sabunçu rayon Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, R.Mehrəliyev əməliyyat olunub, hazırda reanimasiya şöbəsindədir. Həkimlər özündə olmayan yaralının vəziyyətinin ağır olduğunu bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA