iran zahının kiçik oğlu Əli Rza Pəhləvi intihar edib

img

05-01-2011 [12:50]


İran şahının kiçik oğlu Əli Rza Pəhləvi Amerikada intihar edib. Bu barədə onun böyük qardaşı Rezanın internet səhifəsində məlumat yerləşdirilib. Onun sözlərinə görə, 44 yaşlı Əli Rza İranın hazırkı vəziyyəti və atası ilə bacısının taleyinə görə, depressiyadan əziyyət çəkirdi. Bu, Pəhləvi ailəsinin intihar edən ikinci övladıdır. ?Wall Street Journal? yazır ki, ailənin qız övladı Leyla Pəhləvi 2001-ci ildə Londonda otel otağında yüksək dozada narkotik qəbul edərək özünü öldürmüşdü. Boston Globe qəzeti Əli Rza Pəhləvinin meyitinin Bostonda yaşadığı evdən tapıldığını yazıb. Polisin bildirdiyinə görə, şahzadə özünə atəş açıb. İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi 1979-cu ildə İslam İnqilabı nəticəsində devrilib. Bir ildən sonra Misirdə xərçəngdən vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA