Travmotologiya Xəstəxanasının binasında yanğın

img

24-12-2010 [11:47]


Bu gün səhər saat 10.00 radələrində Bakının Səbayel rayonu ərazisində, metronun ?Sahil? stansiyasının yaxınlığında yerləşən Travmotologiya Xəstəxanasının binasında güclü yanğın baş verib. Hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşını cəlb edilib. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerindədir və yanğısöndürmə briqadalarının işinə nəzarət edir. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür. Alovun qonşu binala keçməsinin qarşısını almağa çalışırlar. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA