Mübariz Əhmədoğlu: ?Müharibə Ermənistan üçün faciəli sonluqla baza çatacaq?

img

03-12-2010 [03:51]


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) noyabr ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-syiasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə İran ətrafında yaranmış vəziyyəti təhlil edib. M.Əhmədoğlu bildirib ki, İranın nüvə texnologiyasını inkişaf etdirməsi həm region, həm də bu dövlətin özü üçün ciddi təhlükə vəd edir. Onun sözlərinə görə, elmi-texnoloji potensialı zəif olduğu üçün nüvə texnologiyası ilk növbədə İranın özünün əleyhinə çevriləcək: ?Nüvə texnologiyasında istifadə olunan bütün texniki avadanlıqların, elmi layihələndirmənin və kompüter proqramlarının demək olar ki, heç biri İranın istehsalı deyil. Mütəxəssis çatışmadığı üçün İran mövcud vəziyyəti belə idarə edə bilmir. Uranın zənginələşdirilməsi 50 faizi keçdikdən sonra istənilən an İranda nüvə qəzası baş verə bilər?. SİTM sədri təqdimat mərasimində NATO-Rusiya münasibətlərinin son vaxtlar bir qədər yaxşılaşdığını qeyd edib. Bildirib ki, NATO-nun Lissabon sammiti Rusiyanı strateji düşmənlər sırasından çıxardı: ?Bu sammiti ümumilikdə Rusiya ilə münasibətlərin normallaşması istiqamətində atılan mühüm addım kimi qiymətləndirmək olar. Hadisələrin inkişafı göstərir ki, NATO münasibətlərin normallaşması üçün Rusiyanın irəli sürdüyü şərtləri qəbul etməyə hazırdır?. Politolq ?WikLeaks? saytının yaydığı gizli məlumatlar haqda da danışıb. M.Əhmədoğlu dünyanı qarışdıran bu məlumatların ortaya çıxmasında ermənilərin barmağının olduğunu bildirib. SİTM sədri deyib ki, mövcud problemlər ABŞ Dövlət Departamenti əməkdaşlarının səriştəsizliyi üzündən yaranıb. M.Əhmədoğlu tədbirdə Dağılq Qarabağ münaqişəsinə də toxunub. Onun qənaətinə görə, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində atılan addımlar Ermənistanı çətin vəziyyətə salıb. Dünya ermənilərinin getdikcə zəiflədiyinə diqqəti çəkən politoloq deyib ki, son illər erməni daiasporası ciddi assimilyasiyaya məruz qalır: ?Assimilyasiya prosesi məkanından asılı olmayaraq, ABŞ-da, Avropa ölkələrində, ərəb dövlətlərində və Türkiyədə təxminən eyni sürətlə gedir. Bir müddət əvvəl ermənilər ABŞ və Fransada ciddi siyasi məğlubiyyətlə üzləşdilər. ABŞ-daık aralıq seçkilərdə ermənilərin dəstəklədiyi ?Demokratlar? Partiyası məğlub oldu, qatı ermənipərəst, konqresin spikeri N.Pelosi sədrlik postunu fraksiya liderliyinə dəyişdi. Fransa prezidentinin keçirdiyi islahatlar nəticəsində Avropada ermənilərin ?boz kardinal?ı hesab olunan Patrik Devecyan həm nazir, həm də hakim partiyanın sədrliyi vəzifəsindən uzaqlaşdırıldı. Bu arada həmçinin ABŞ, Avropa və Rusiyada erməni kriminalların aşkarlanması ilə bağlı məlumatların ardı-arası kəsilmir. Son telemarafon isə ermənilərin bütün parametrlər üzrə gerilədiyini ortaya çıxardı?. Sonda politoloq deyib ki, müharibə ideyası Ermənistanın gündəmində öz yerini qorumaqda davam edir. Onun fikrincə, müharibə ilə bağlı səslənən fikirlərin sayı, arealı və müəllifləri getdikcə artır: ?Müharibə bəyanatları ilə çıxış edən ermənilərin sırasına rəsmi şəxslər də qoşulublar. Bu gün Ermənistan hakimiyyətində müharibədə iştirak etmiş şəxslər təmsil olunurlar. Həmin adamlar yaxşı başa düşürlər ki, Ermənistan cəmiyyəti Dağlıq Qarabağı sülh yolu ilə geri qaytarmağa razı olmayacaq. Ermənistan prezidentinin hərbi təlimlərdə iştirak etməsi bu ölkədə müharibə ovqatının yüksək olduğuna dəlalət edir. Tərəflər arasında başlanan müharibə ermənilər üçün faciəli sonluqla başa çatacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA