Nazarbayev: ?Qarabağ münaqizəsinin nizamlanmasında irəliləyiz var?

img

10-11-2010 [01:04]


Qazaxıstanın ATƏT-ə sədrliyi dövrində Cənubi Qafqaz və Dnestryanı münaqişələrin həllinə yardım etmək istiqamətində cəhdlər edilib. Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev ?Euronews? telekanalına müsahibəsində bildirib. N. Nazarbayev deyib ki, Qazaxıstanın ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ nizamlanmasında müəyyən irəliləyişlərin baş verdiyini qeyd etməkdən məmnundur: ?Bu ilin oktyabrında son 5 ildə ilk dəfədir ki, ATƏT-in himayəsi altında beynəlxalq ekspertlər Dağlıq Qarabağa humanitar vəziyyəti qiymətləndirmək üçün səfər ediblər?. O, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin hərbi əsirlərin dəyişdirilməsi və meyitlərin qaytarılmasına dair Həştərxanda qəbul etdikləri birgə Bəyannaməni də alqışlayıb. N. Nazarbayev bildirib ki, bu səylər həlli uzadılmış münaqişələrdən əziyyət çəkən insanların naminə münaqişə tərəflərində etimadın artması və mövqelərin yaxınlaşmasına yardım edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA