Əhməd Davudoğlu: ?Türkiyə ?dondurulmuz münaqizələr?i diqqət mərkəzində saxlayacaq?

img

11-11-2010 [12:32]


Türkiyə Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi ?dondurulmuş münaqişələr?i diqqət mərkəzində saxlayacaq. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Şurasının baş katibi Yaqland Törbörn və Makedoniyanın xarici işlər naziri Antonio Miloşoskiylə birgə keçirdiyi mətbuat konfransında deyib. Əhməd Davudoğlu juonalistlərin Türkiyənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ?dondurulmuş münaqişələr?in, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı töhfəni verəcəyi ilə bağlı sualına belə cavab verib: ?Əlbəttə ki, biz Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyət olan sədri kimi ?dondurulmuş münaqişələr?i diqqət mərkəzində saxlayacağıq. Təbii ki, Avropa Şurasının siyasəti və fəaliyyəti bu münaqişələri əhatə edəcək?. Qeyd edək ki, noyabrın 10-da Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Makedoniyadan Türkiyəyə keçib. Türkiyə quruma altı ay-gələn il mayın 11-nədək rəhbərlik edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA