Bu gün Bakıda Xəzəryanı ölkələrin dövlət bazçılarının sammiti keçiriləcək

img

18-11-2010 [10:04]


Bu gün Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammiti keçiriləcək. Görüşdə Xəzər dənizinin yeni hüquqi statusunun müəyyənləşdirilməsi, ekologiya, o cümlədən, transxəzər boru kəmərlərinin çəkilməsi, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bunu Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. Onun sözlərinə görə, ?Xəzər beşliyi?nin bu günkü görüşü regional əməşdaşlıqda əsas məsələlərlə bağlı danışıqlara əhəmiyyətli impuls verməlidir. Bu, ilk növbədə Xəzərin yeni hüquqi statusu, eləcə də neft-qaz yataqlarının işlənməsi və karbohidrogen ehtiyatlarının nəqli, maliyyə və sərmayə, ticarət, nəqliyyat, bioresurslardan istifadə, ətraf mühitin mühafizəsi kimi sahələrdə daha sıx əməkdaşlıq məsələlərinə aiddir. Kremldə bildirirlər ki, sammitin gündəliyinə Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı vəziyyəti, iqtisadiyyat, nəqliyyat, kommunikasiya sahəsində əməkdaşlıq məsələləri daxildir: ?Biz ilk növbədə balıqçılıq, gəmiçilik, Xəzər, Azov və Qara dəniz hövzələrinin su nəqliyyatı ilə birləşməsi və Xəzər iqtisadi əməkdaşlığı təşkilatlarının fəaliyyətini nəzərdə tuturuq. Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının (XİƏT) yaradılması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü ilə bağlı fəal irəliləyişə nail olmaq niyyətindəyik? - deyə Rusiya prezidentinin köməkçisi bildirib. O qeyd edib ki, Xəzər sammitinin əsas vəzifəsi Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiya üzərində işdir və o, bu görüşdə yekunlaşmayacaq. Sergey Prixodkonun sözlərinə görə, Rusiyanın yaxın qonşuları - Azərbaycan və Qazaxıstanla Xəzər dənizinin statusu sahəsində böyük mənada heç bir problem yoxdur. Ölkələr akvatoriyanın delimitasiyasını həyata keçiriliblər, ətraf mühitin mühafizəsi sahəsində uğurlu əməkdaşlıq edirlər. Sammitin yekununda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri birgə bəyanat qəbul etməli, təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı saziş imzalamalıdırlar. Saziş güc strukturlarının birgə fəaliyyəti üçün istiqaməti müəyyənləşdirməlidir. Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının ilk sammiti 2002-ci ildə Aşqabadda, ikinci zirvə toplantısı isə 2007-ci ildə Tehranda keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA