Məmmədyarov seçkilərlə bağlı birgə bəyanatda ziddiyyətli məqamların olduğunu Yanes Lenarçiçin diqqətinə çatdırıb

img

09-11-2010 [02:33]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in İnsan Hüquqları və Demokratik Təşkilatlar Ofisinin (OSCE/ODİHR) direktoru Yanes Lenarçiçi qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşün mövzusu Azərbaycanda Milli Məclisə keçirilmiş seçkilər olub. ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in İnsan Hüquqları və Demokratik Təşkilatlar Ofisinin seçkilərin yekunlarına həsr edilmiş birgə bəyanatının özündə bir sıra ziddiyyətlər təşkil edən fikirləri əks etdiyini deyən E. Məmmədyarov, eyni bəyanatda seçki məntəqələrin 90 faizində seçki günü səsvermənin müsbət qiymətləndirilməsi fikri ilə yanaşı, seçki günü ciddi pozuntuların olması kimi ziddiyyətli qiymətləndirmələrin olduğunu Y. Lenarçiçin nəzərinə çatdırıb. Sonra tərəflər ATƏT-in Astanda keçiriləcək zirvə sammiti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA