Türkiyə Prezidenti Abdulla Gülün Türkmənistana rəsmi səfəri bazlayır

img

11-11-2010 [03:15]


Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün noyabrın 11-də Türkmənistana iki günlük rəsmi səfəri başlayır. Türkmənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, dənizkənarı Türkmənbaşı şəhərində yüksək səviyyədə keçiriləcək görüş iki dost dövlətin əməkdaşlıq salnaməsinə yeni parlaq səhifə yazacaq. Gözlənildiyi kimi, yüksək səviyyədə danışıqlar zamanı qarşılıqlı maraq doğuran məsələlər və qarşılıqlı tərəfdaşlığın prioritetləri müzakirə olunacaq. Məlumatda deyilir ki, bu görüşün yekunları Türkmənistanla Türkiyə Respublikası arasında tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə yardım edəcək və bütün istiqamətlərdə dövlətlərarası qarşılıqlı fəaliyyətin gələcək inkişafına güclü təkan verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA